Trending News

BlogMag Launches Bitcoin Essay Series With Author

BlogMag Launches Bitcoin Essay Series With Author

Thursday, 31 June
Best Business ,
News Magazine

Banner Ad

760 x 90

BƏYANAT

Bü gün Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açılmışdır. Azərbaycan gəncliyi bu gün hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bu gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünə inamının artmasına gələcəyə daha optimist nəzərlərlə baxmasına stimul yaradır. Dövlətin diqqət və qayğısı, dərin ictimai etimad, milli mənlik şüurunun inkişafı azərbaycanlı gəncləri ümummilli problemlərin həllində daha fəal iştiraka sövq edən əsas amillərdir. Bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırım aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir. Biz Azərbaycan Respublikasının son illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildiririk ki, bu nailiyyətlərin davam etdirilməsi, eyni zamanda doğma Vətənin qarşısında duran bir sıra taleyüklü problemlərin həllinə öz töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan milli-mənəvi dəyərlərini qorumaqla, qloballaşan dünyaya sürətlə inteqrasiya edəcək, inkişaf etmiş ölkələrin sırasında dayanacaqdır. Ölkəmizin zəngin təbii sərvətləri, iqtisadi potensialı, yüksək intellektual imkanlara malik insani resursları və seçdiyi strateji yol belə düşünməyimizə əsas verən başlıca amillərdir. Azərbaycan Respublikasının ötən dövr ərzində əldə etdiyi iqtisadi, siyasi, habelə diplomatik nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycanlı gəncləri narahat edən bir sıra ümummilli məsələləri müzakirə edərək, Azərbaycan Respublikasının qaşılaşdığı bir sıra problemlərin həllində gənclərin üzərinə düşən vəzifələrin məsuliyyətini, milli dövlət quruculuğu prosesində rolunun əhəmiyyətini dərk edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin daha dolğun və obyektiv məlumatlandırılmasının zəruriliyini anlayaraq “Gənclərin Töhfəsi” İctimai Birliyinin yaradıldığını bəyan edirik!

13 Dekabr 2009-cu il
“Gənclərin Töhfəsi” İctimai Birliyinin Təsis Yığıncağı